Tbilisidəki Bakı küçəsi şəhərin Çuqureti rayonunda yerləşir. Bu küçənin tarixi haqqında məlumat İrakli Abaşidzenin müəllifi olduğu və 2008-ci ildə nəşr olunan “Tbilisi – Küçələr, prospektlər, meydanlar” adlı ensiklopediyada yer alıb.
Nəşrdən məlum olur ki, hazırda Bakı adını daşıyan küçə XIX əsrin ikinci yarısında salınıb və ilk adı Asatiani olub. 1900-cü ildə küçəyə Azərbaycan paytaxtının adı verilib. 123 ildir Bakı adını daşıyan bu kiçik küçədə yarandığı dövrə aid ikimərtəbəli binalara rast gəlinir.
Küçəni bəzəyən binalardan biri isə memarlıq incisidir. Əzəmətli bina Tbilisinin memarlığının formalaşmasında önəmli rol oynayan alman memar Paul Fridrix Şternin layihəsi əsasında 1893-cü ildə inşa olunub. Tikili Bakı küçəsinin mərkəzi David Aqmaşenebeli prospekti (keçmiş Mixaylovski) ilə kəsişməsində yerləşir. Binanın fasadına bu barədə məlumatın əks olunduğu lövhə vurulub.
Aziz.ge