Gürcü rəssamın “Bakı” seriyasından əsərləri

Valerian Sidamon-Eristavi (1889-1943) gürcü rəssamlığında avanqard cərəyanının nümayəndəsi və  Gürcüstanda teatr-dekorativ incəsənətinin əsasını qoyanlardan biridir. Rəssam yaradıcılıq istiqamətlərinin müxtəlifliyi ilə tanınır. O, kitab illüstrasiyaları ilə də məşğul olub, kino rəssamı kimi də fəaliyyət göstərib.   

Valerian Sidamon-Eristavi

Eristavinin yaradıcılığında tarixi mövzulu əsərlər də xüsusi yer tutur. V.S.Eristavi 1935-ci ildə “Bakı neft quyuları” seriyasına aid 20-yə yaxın əsər yaradıb. Bu seriyaya “Bakı neft mədənləri”, “Yoldaş Stalin Bakı neftçilərinin mitinqində. 1908”, “Orconikidze neftçi-staxanovçular arasında” və digər əsərlər daxildir.

Gürcüstanın Mədəniyyət Nazirliyi 2021-ci ildə “Gürcüstan mədəniyyəti üçün vacib olan şəxsi kolleksiyaların vəhdətinin saxlanması/muzey fondlarının zənginləşdirilməsi” layihəsi çərçivəsində 100 rəssamın 677 əsərini əldə edib.  Onların arasında V.S.Eristavinin “Bakı neft quyuları” seriyasından olan 20-yə yaxın rəsm və qrafikalardan ibarət kolleksiya da var.