Gürcü şair və ictimai xadim İosif Noneşvili (1920-1980) Leyla haqqında iki şeir qələmə alıb. Onlardan biri “Adsız çiçək”, digəri isə “Leyla” adlanır. “Leyla” şeirinin Azərbaycan dilinə tərcüməsi “Kür Xəzərə qovuşur” adlı kitabda (1988) yer alıb. Həmin poeziya nümunəsini təqdim edirik.
Söylə görüm, ey canan,
Nədir bu qəm, bu hicran
Nə bağrına basarsan, nə də ata bilərsən.
Soyuq baxma, əzizim,
Solmaz sevgimiz bizim.
Bir gün olar mənimtək sən də vüsal dilərsən.
Ayrılıqdan solmuşam,
Sənin kölgən olmuşam,
Nə qədər həsrət çəkim, “Leyla” deyib ağlayım?
Biz ki, mehriban idik,
Bir ürək, bir can idik,
De niyə ümidimi xatirata bağlayım?
Gəl, gülüm, el oyanır,
Görsünlər necə yanır
Gənclik həvəsi ilə iki qəlb, iki ürək.
Ayrılıq görməyək biz,
Qoy birləşsin qəlbimiz
Leyli ilə Məcnunun odlu ürəkləritək.