Tiflisə nəzər qıl ki, gülüstanə dönübdür – Abbasqulu ağa Bakıxanovun müxəmməsi

Abbasqulu ağa Bakıxanov (1794-1847) Azərbaycan mədəniyyətinin inkişaf tarixinə böyük alim, müfəfəkkir, tarixçi, filosof və şair kimi daxil olub.

O, 1819-cu ilin dekabr ayında Tiflisə gəlib və burada Qafqazın baş hakimi general A.P. Yermolovun idarəsində Şərq dilləri üzrə mütərcim vəzifəsinə qəbul edilib. Rəsmi dövlət qulluğu Rusiya-İran və Rusiya-Türkiyə müharibələri dövrünə təsadüf etdiyindən o, bir sıra hərbi səfərlərdə iştirak etmiş, bacarıqlı ictimai xadim-diplomat kimi tanınıb. Hərbi xidmət sahəsində poikovnik rütbəsinə yüksələn A.Bakıxanov rəsmi dövlət qulluğunda çalışmaqla yanaşı elmi və ədəbi yaradıcılıqla da məşğul olub. O, muxtəlij illərdə “Qanuni-Qüdsi”, “Təhzibi-əxlaq”, “Kitabi-nəsihət”, “Kitabi-Əsgəriyyə”, “Mişkatül- I ənvar” və başqa əsərlərini yazıb.

Bakıxanovun Tiflisə həsr etdiyi müxəmməsi:

Qəm çəkmə, könül, gər ciyərin qanə dönübdür
Əyyami-vüsalın şəbi-hicranə dönübdür.
Bülbül tək işin naləvü əfqanə dönübdür,
Tiflisə nəzər qıl ki, gülüstanə dönübdür,
Hər bir gözəli afətü cananə dönübdür.

İrs ilə yetib bunlara asari-vəcahət,
Geysuləri sünbül tək alıb tabü təravət,
Qamətləri dünyaya salıb türfə qiyamət,
Hər dilbərə bir növ verib rəngi-nəzakət,
Kür suyu məgər çeşmeyi-heyvanə dönübdür!?

Hər şuxi-pəripeykər açıb türreyi-tərrər,
Dildadələri etmək üçün damə giriftar.
Səy yadi sitəmgər bu guzərgahdə çox var,
Ahubeçələr tək doludur kuçəvü bazar,
Çin mülkünə bu mənzili-viranə dönübdür.

Hər kim gələ Tiflisə tamaşa tələbindən,
Zülfi-ruxi-məhvəşləri görmək səbəbindən,
Görməz əsəri rahəti-can ruzi şəbindən,
Xoşləhcə pərizadələrin ləli-ləbindən,
Bu kişvəri-pürşür bədəxşanə dönübdür.

Bunlarda bu yarəb, nə səfadir fərəhəngiz,
Hər sərvqədin şivəyi-rüxsarı bəlaxiz,
Rüxsari-niku, türrəyi-mişkini dilaviz,
Hər əbruyi-xəm şəkldə bir xəncəri-xunriz,
Qan tökmək üçün hər müjə peykanə dönübdür.

Hərçənd bu gülzardə çox dilbəri gördüm,
Can qəsdim edən şuxi-sitəmküstəri gördüm,
Arizləri mehtaba bərabərləri gördüm,
Əvvəl yetişən gündə ki, İskəndəri gördüm,
Aya bu mələkdir, dedim, insanə dönübdür.

Qüdsi ki, dəmi-qüds vurub lafi-təvəlla,
Tən eylər idi görsə birin valehü şeyda,
Tərk eyləmiş islamı görüb bunları hala,
İstər ola carubkeşi-səhni-kəlisa,
Zünnar salıb boynuna Sənana dönübdür.