Azərbaycanlı rəssamın gürcücə “9 May” plakatı

Gürcüstan Milli Parlament Kitabxanasının plakatlar kolleksiyasında 9 May – Faşizm üzərində Qələbə gününə həsr olunan bir sıra plakatlar var. Onlardan biri 1984-cü ildə Tbilisidə çap olunub, müəllifi rəssam A.Kazımovdur. Redaktoru L.Tavartkiladze, bədii redaktoru R.Maçaraşvilidir. Plakatın tirajı 2 min ədəd, qiyməti isə 10 qəpik təşkil edib.

Plakat sadə məzmunu ilə seçilir. Qırmızı fonda tünd qırmızı iri “9” rəqəminin çap formasındakı kvadratı daxilində Berlindəki Reyxstaq binası üzərində zəfər bayrağının qaldırılması təsvir olunub. Rəqəmin altında “Georgiev lenti”nin rənglərində gürcü dilində “maisi” – may yazılıb.

A.Kazımovun tanınmış rəssam Abbas Kazımov (1956-2021) olduğu ehtimal edilə bilər. O, Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar Konfederasiyasının üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki olub. Abbas Kazımov rəngkarlıqda “xalça üslubu”nun yaradıcısı hesab olunur.  

Abbas Kazımov

Plakatlar kolleksiyasında yer alan, sovet dövründə çap olunan və müəllifləri gürcü rəssamlar olan 9 May mövzusundakı digər plakatlar: