Bu gün Azərbaycanın ilk peşəkar qadın pianoçusu Xədicə Qayıbovanın (1893-1938) anadan olmasından 131 il ötür. O, 1893-cü il mayın 24-dә Tiflis şәhәrindә anadan olub. Atası, tanınmış din xadimi Osman Müftizadә el arasında böyük hörmәt vә nüfuz sahibi idi. Anası Züleyxa xanım Terequlovlar nәslindәn idi.
Valideynlәri çox arzulayırdılar ki, altı uşağın ilki olan Xәdicә tәhsilli bir xanım olsun. Onlar öz imkanları daxilindә bu arzunu hәyata keçirmәyә çalışırdılar. Odur ki, Qafqaz canişinliyinә qızlarını dövlәt hesabına oxutdurmaq üçün әrizә göndәrilmәsinә nail olurlar vә Xәdicә püşkatma yolu ilә Tiflisdәki “Müqәddәs Nina” qızlar mәktәbinә daxil olur.
İstedadlı qız burada fortepianoda çalmağı öyrәnir, musiqi nәzәriyyәsinә yiyәlәnir. 1911-ci ildә Xәdicә tәhsilini başa çatdırır vә hәmin il çox gәnc ikәn yol mühәndisi Nadir Qayıbovla ailә hәyatı qurur. Nadir Qafqaz müftisi mәşhur Mirzә Hüseyn Əfәndi Qayıbzadәnin oğlu idi.
X.Qayıbova Tiflisdә bir müddәt müәllimlik edәrәk tatar, yәni Azәrbaycan mәktәbindә dәrs deyir. 1919-cu ildә isә ailəsi ilə birgə Azәrbaycana köçürlәr. Xәdicә xanım tezliklә Bakının mәdәni hәyatına qatılmağa başlayır. Qadın sәnәtçilәrin az olduğu Bakıda qısa müddәtdә şöhrәtlәnir, kübar mәclislәrindә iştirak edir. «İsmailiyyә»dә düzәnlәnәn konsertlәrdә muğam larımızı, xalq mahnılarını fortepianoda böyük mәharәtlә çalır, hamının rәğbәtini qazanır. Deyirlәr, Hacı Zeynalabdin Tağıyevin Xәdicә xanıma xüsusi hörmәti var imiş. Hәtta ona üstündә öz inisialı olan bahalı çini çay vә yemәk dәsti vә çox qiymәtli brilyant qaşlı üzük dә bağışlayıbmış…
Sovet dövründә X.Qayıbova musiqi mәdәniyyәtinin inkişafında daha fәal iştirak etmәyә başlayır, pedaqoji sahәdә bir çox layihәlәrә imza atır. 1920-ci ilin әvvәllәrindә Xalq Maarifi Komissarlığında Şәrq musiqisi şöbәsinin müdiri tәyin olunur. Elә hәmin il onun tәşәbbüsü ilә qadın musiqi müәllimlәri hazırlamaq üçün “Qısamüddәtli Şәrq musiqi kursları” açılır, uşaq xoru yaradılır. İstedadlı xanım 1927-ci ildә ali musiqi tәhsili almaq üçün Azәrbaycan Dövlәt Konservatoriyasının Nәzәriyyә vә kompozisiya fakültәsinә daxil olur.
X.Qayıbova Bakıda ilk Türk Konservatoriyasının yaradıcısı olur. Hәmin dövrdә qadınlar üçün Musiqili Dram Teatrının açılması da onun xidmәtlәri sırasındadır. Xәdicә xanım iki dәfә ailә hәyatı qurmuşdu. İstәr әvvәlki, istәrsә dә sonrakı hәyat yoldaşı dövrün ziyalı insanları olmuşlar. Yazılanlara görә, birinci ailәsi tez dağılmışdı. İkinci hәyat yoldaşı – Rәşid Qayıbovu isә ictimai-siyasi fәaliyyәtindә dövlәt әleyhinә iş aparılması vә әksinqilabi-millәtçi tәşkilatın üzvü kimi 1937-ci ilin noyabrında hәbs etmişdilәr. O da repressiya qurbanlarından olmuşdur. Lakin tale X.Qayıbovaya bir cüt gözәl övlad payı vermişdi. O, axırıncı dәfә hәbs olunarkәn oğlu Əbdülkәrim 23, qızı Alanqu 11 yaşında idi. Bu zaman 45 yaşlı Xәdicә xanım Şah döngәsindәki 16 nömrәli evdә yaşayırdı. Bax ömrünün belә çiçәklәnәn bir dövründә, 1938-ci il martın 17-dә Dövlәt Tәhlükәsizlik İdarәsi onu 4390 nömrәli orderә әsasәn hәbs edir (ikinci әri Rәşid bu vaxt artıq hәbsdә idi).
Tәdqiqatçıların yazdıqlarına görә, Mircәfәr Bağırov Xәdicә xanımı şәxsәn tanıyırmış vә onun özünün, sәnәtinin pәrәstişkarı imiş. Ona görә dә birinci hәyat yoldaşı Nadir Qayıbovu iki dәfә tutub-buraxırlar. Ərindәn ayrılır. 1934- cü ildә ikinci dәfә dövrünün tanınmış ziyalısı Rәşid Qayıbovla ailә qurur. R.Qayıbov 1930-cu illәrdә Şamxorun (Şәmkir) birinci katibi vәzifәsindә işlәyir. Onu da 37-ci ildә tutub, sonra güllәlәyirlәr. Nәhayәt, 1938-ci ildә X.Qayıbovanın özünü hәbs edirlәr. O, istintaq çərçivəsində doqquz dəfə dindirilir, Xədicə xanım ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.
X.Qayıbovanın işi üzrә istintaqın qurtarması haqqında protokol 1938-ci il mayın 7-dә tәrtib edilir. Ertәsi gün isә müstәntiq Tevosyan 23311 nömrәli istintaq işi üzrә ittihamnamә yazır. Qayıbova Azәrbaycan SSR Cinayәt Mәcәllәsinin 68-ci maddәsi ilә müqәssir hesab olunur. Xәdicә xanım 6 ay hәbsxanada saxlanılır. Lakin heç vaxt ağlına belә gәtirmir ki, onu güllәlәyә bilәrlәr. Hәbsxanada digәr dustaq qadınlar da vardı. S.M.Əfәndiyevin hәyat yoldaşı Zivәr xanım öz xatirәlәrindә belә yazır: «Dustaqxana qadınlarla dolmuşdu. Onlar әrlәrinә görә tutulmuş vәzifәli şәxslәrin, hәrbçilәrin arvadları idilәr. Mәnim olduğum kamerada gözәl musiqiçi Xәdicә xanım Qayıbova vә 30 nәfәrdәn çox başqa qadınlar da vardı. O, çox iradәli qadın idi. Özünü şux aparır, hәrdәn zümzümә edib mahnı oxuyur, rәqs edirdi.
Bir dәfә belә dedi:
“Mәn incәsәnәt adamıyam. Mәnim musiqi dünyam yasa batıb. Gәrәk özümü qoruyam, sarsılmayam. Eybi yoxdur, lap sürgünә dә göndәrsәlәr, mәhv olan deyilәm. Orada da musiqi klubu düzәldib rәqs edәcәyәm, oxuyacağam, çalacağam. Qoy onlar sevinmәsinlәr”.
Yarım ildәn sonra qәrar çıxarılır ki, Xәdicә Osman qızı Qayıbova Türkiyә konsulxanası ilә әlaqәsinә vә casusluq fәaliyyәtinә görә güllәlәnsin, şәxsi әmlakı müsadirә edilsin. Qәrarı DTK-nın Birinci Xüsusi şöbәsinin rәisi leytenant Şevçenko imzalayır. X.Qayıbovanın mәhkәmәsi 15 dәqiqә çәkir. Hökm 1938-ci il oktyabrın 27-dә icra edilir. Xәdicә xanımın övladları vә qohumları onun güllәlәndiyini düz 16 il sonra bilirlәr. O vaxta qәdәr isә ailә elә düşünüb ki, ona mәktublaşmadan mәhrum olaraq 10 il hәbs cәzası verilib.
1954-cü ildә Xәdicә xanımın qızı Alanqu Sultanova Azәrbaycan SSR Daxili İşlәr Nazirliyinә anasının işi ilә bağlı müraciәt edir. 1955-ci ildә alınan cavabda X.Qayıbovanın yalan ifadәlәr әsasında cәzalandırıldığı bildirilib. 1956-cı ildә qızına X.Qayıbovanın bәraәt alması haqqında arayış verilib.
______________
Mənbə: “Repressiya burulğanı” /İradə Əliyeva/ (Bak;-2015)