Oskar Şmerlinqin Azərbaycanda qadın azadlığı mövzusunda rəsmi – Gürcüdilli jurnaldan

Tiflisdə 1907-ci ildən 1921-ci ilədək müəyyən fasilələrlə nəşr olunan həftəlik yumoristik “Eşmakis matraxi” (“Şeytan qamçısı”) jurnalının səhifələrində felyetonlar, publisistik yazılar, bədii əsərlərin tərcümələri ilə yanaşı müxtəlif mövzularda rəsm və karikaturlara da yer verilirdi. Nəşrin  rəsm və karikaturalarını çəkən rəssamlar arasında “Molla Nəsrəddin” jurnalının rəssamı Oskar Şmerlinq də olub.

Aziz.ge alman əsilli gürcü rəssamın məhz bu dərginin 1916-cı il 4 sentyabr tarixli sayında yer alan və “Arşın mal alan” tamaşasının Tiflisdə yaratdığı ajiotaja həsr etdiyi karikatura barədə məlumat təqdim edib.

Oskar Şmerlinq

Bu dəfə rəssamın bu jurnalda Azərbaycan mövzusunda daha bir rəsmini oxucuların diqqətinə çatdırırıq. “Eşmakis matraxi”nin 1920-ci il 25 yanvar tarixli 10-cu sayında yer alan rəsm Gürcüstan və Azərbaycanda qadın azadlığı mövzusundadır.    

Jurnalın sonuncu 16-cı səhifəsindəki rəsmdə Gürcüstan və Azərbaycan qadını milli geyimdə diz çökmüş vəziyyətdə məmnun halda göstərilib, hər ikisinin zəncirlərdən azad olunduğunu bildirən ilahə obrazı verilib. Rəsmin yuxarı hissəsində gürcücə “tavisupali”, yəni “azad” sözü, aşağı hissəsində – qadınların rəsmlərinin altında isə onların aid olduğu ölkələr – “Sakartvelo (Gürcüstan) və Azərbaycan” sözləri yazılıb.

Rəsmin sağ küncündə O.Şmerlinqin gürcücə imzasını – ო.შლინგ (O.Şlinq) görmək mümkündür.   

Həmçinin oxu: