Gürcü şair Sandro Euli (1890-1965) ədəbi fəaliyyətinə 1909-cu ildə Bakıda başlayıb. Əsl ad-soyadı Aleksandr Kuridze olan şair Abşeron neft mədənlərində çalışıb. O, 1909-cu ildən Potidə, sonra Bakıda fəhlə inqilabı hərəkatına qoşulub, 1916-cı ildə həbs edilərək Bayıl həbsxanasına yerləşdirilib.
S.Eulinin ilk kitabı 1921-ci ildə işıq üzü görüb. Onun şeirləri arasında Azərbaycana həsr olunanlar da var. Onlardan biri “Azərbaycan” adlı şeirdir, dilimizə Valeh Hacıyev tərcümə edib. Həmin şeiri ixtisarla təqdim edirik.
Sərvətinin, dövlətinin kökü dərində,
Qara qızıl yuvasısan günəşli diyar.
Dəli Kürün pıçıldaşan ləpələrində
Sənə gürcü torpağının salamları var.
***
Qahrəmanlar diyarısan elə əzəldən,
Torpağında neçə-neçə qoç Koroğlu var.
Çox igidə ana oldun, müqəddəs Vətən…
***
Qoynun gülşən, ellərin şən, amalın təmiz,
Ürəklərə sevnic payla can, Azərbaycan.
Qoy hər zaman göruşəndə, ayrılanda biz
İlk kəlməmiz “salam” olsun, son kəlməmiz “can!”.