Bakıda gürcü rəssamın sərgisi keçirilir

Bakıda Barbara Aslamazinin “Nora” adlı fərdi sərgisi keçirilir.

İçərişəhərdə yerləşən “QGallery”də təşkil olunan sərgidə istedadlı rəssamın 20-dən çox əsəri təqdim olunub.

B.Aslamazinin sözlərinə görə, rəsmlərinin şirin, totuq qəhrəmanı Nora adlı uydurma personajdır:  

“İstəyirəm ki, siz onu sevəsiniz, qayğısına qalasınız” .

Əsərlərdə Nora cəmiyyətin fəal üzvü kimi təqdim olunub, o, ədalətsizlik, irqi ayrı-seçkilik və insan haqları ilə bağlı digər problemlərə qarşı çıxır.

Gürcüstanın Azərbaycandakı səfirliyinin dəstəyi keçirilən sərgi iyulun 31-dək davam edəcək.