Nikoloz Barataşvilinin əsərləri yeni nəşrdə – Azərbaycan dilində “Merani”

Gürcü şairi Nikoloz Barataşvilinin şeirləri və poemasından ibarət toplu Azərbaycan dilində işıq üzü görüb.

“Merani” adlı kitab Gürcüstan Yazıçıları Evinin dəstəyi ilə “Alatoran” nəşriyyatında işıq üzü görüb.

Yazıçılar Evindən bildirilib ki, nəşri dilimizə Gürcüstanın Dövlət mükafatı laureatı, “Şərəf” ordenli yazıçı-dramaturq İmir Məmmədli tərcümə edib.

“Alatoran”ın saytında yeni nəşrə verilən təsvirdə qeyd olunub ki, N.Barataşvilinin (1817-1845) 37 şeir və bir poemadan ibarət küllüyyatı dünyanın bir çox dillərinə tərcümə olunub:

“Nakam ömür yolu Azərbaycandan keçən gürcü klassikinin şeirləri orijinaldan dilimizə ilk dəfə tərcümə olunur. Düşünürük ki, azərbaycanlı oxucular bu əsərləri maraq və həvəslə qarşılayacaqlar”.