Azərbaycanda neft hasilatı sovet dövrünün plakatlarında — Gürcüstan arxivindən

Gürcüstanın Milli Parlament Kitabxanasının plakatlar kolleksiyasında sovet dövründə Azərbaycanda neft hasilatı mövzusunda nəşr olunmuş plakatlar da yer alıb.

Bakıda, “Azərnəşr” mətbəəsində nəşr olunmuş plakatlar 1932, 1934, 1947 və 1949-cu illərə aiddir. Müəllifləri azərbaycanlı, rus və erməni rəssamlar olan plakatlarda “Mayın 1-dən naviqasiya qurtaranadək 12 200 tondan az olmayaraq neft və 600 min ton qaz istehsal etməli”, “Ən yaxın müddətdə qalan borcu ödəyəlim, ölkəyə 22 milyon ton neft verəlim”, “Yoldaş Stalinə verdiyimiz öhdəliyi şərəflə yerinə yetirək”, “1950-ci ildə neft hasilatını 17 000 000 tona çatdıraq” şüarları yazılıb.

Kolleksiyada həmin illərdə nəşr edilmiş neft sənayesi sahəsində təhlükəsizlik qaydalarına həsr olunan plakatlara da rast gəlinir.

Aziz.ge həmin plakatları təqdim edir.