Vətən qəlbimizdə yanan atəşdir  — Nigar Rəfibəylinin Qriqol Abaşidzedən tərcüməsi

Azərbaycanın Xalq şairi, tərcüməçi Nigar Rəfibəylinin (1913-1981) yaradıcılığında zərif məhəbbət lirikası, analıq, təbiət və Vətən mövzuları üstünlük təşkil edir.

Onun gürcü ədəbiyyatından etdiyi tərcümələr arasında tanınmış şair Qriqol Abaşidzenin (1914-1994) “Vətən” adlı şeiri xüsusi yer tutur.

Aziz.ge həmin şeiri təqdim edir.

Vətən yalnız dağlar, dərələr deyil,

Vətən qəlbimizdə yanan atəşdir.

Vətən azadlıqdır, vətən ümiddir,

Vətən üzümüzə doğan günəşdir.

***

Dilində vətənin müqəddəs adı,

Vətənçin ölümə gedir igidlər.

Vətənin eşqiylə yaşayıb ölmək –

Budur insan üçün ən böyük hünər.

***

Məni vətənimdən ayıra bilməz,

Gurlasa başımın üstündə tufan.

Köksümün içində çırpınan ürək,

Vətənin eşqiylə vuracaq hər an…

Həmçinin oxu: Nigar Rəfibəylinin Akaki Tseretelidən tərcüməsi – “Xəncər” şeiri