Bakıda “Hüseyn Əfəndi Qayıbov: həyat və fəaliyyəti” adlı monoqrafiya işıq üzü görüb. Monoqrafiya Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının 8 iyul 2022-ci il tarixli 6 saylı iclasının qərarı ilə 300 tirajla çap olunub.
Zəngin qaynaqlar əsasında yazılmış monoqrafiyanın müəllifi filologiya üzrə fəlsəfə doktoru Yədulla Dadaşlıdır.
Monoqrafiyada Azərbaycan ədəbiyyatı tarixində maarifçi, ədəbiyyatşünas və ictimai xadim kimi mühüm yer tutan Hüseyn Əfəndi Qayıbovun (1830-1917) həyat və fəaliyyəti araşdırılır. Ədəbi ictimai mühiti, elmi yaradıcılığı və maarifçilik görüşləri öyrənilir, “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” əsəri tədqiq olunur.
Kitab filoloq mütəxəssislər, doktorantlar, müəllim və tələbələr üçün faydalıdır.
Qeyd edək ki, Hüseyn Əfəndi Qayıbov Azərbaycan tarixinin ən görkəmli din xadimlərindən və ilahiyyatçılarından biridir. O, 1884-cü ildə Zaqafqaziya müftisi təyin olunub və 33 il bu vəzifədə xidmət göstərib. Tiflisdə yaşayıb, onun sayəsində şəhərin indiki Cümə məscidi genişləndirilib, sünni mədrəsəsi açılıb.
Aziz.ge
Həmçinin oxu:
Maarifpərvər din xadimi, Zaqafqaziya müftisi – Mirzə Hüseyn Qayıbov