Gürcüstanın mədəniyyət və idman naziri Tinatin Ruxadze Azərbaycan səfiri Faiq Quliyevlə tanışlıq görüşü keçirib.
Aziz.ge xəbər verir ki, bu barədə Gürcüstanın Mədəniyyət və İdman Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Gürcüstan və Azərbaycan arasında mədəni əlaqələrin perspektivləri və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdiriməsi məsələləri müzakirə olunub.
Nazirin müavini Beka Davituliani və Azərbaycan səfirliyinin üçüncü katibi Cavid Məhərrəmov da görüşdə iştirak ediblər.