Bu gün görkəmli ictimai xadim, pedaqoq, jurnalist, publisist Nəsir İmanquliyevin anadan olmasından 113 il ötür. Onun mətbuatımızın inkişafında, Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında böyük xidmətləri olub. O, uzun illər yaratdığı “Bakı” və “Баку” qəzetlərinin baş redaktoru vəzifəsində çalışıb.
1964-cü ilin aprelin 4-də nəşr olunmuş “Ədəbi Gürcüstan” jurnalının Azərbaycana həsr olunan sayında N.İmanquliyevə həsr olunan “Bakılı” sərlövhəli məqalə də yer alıb. Müəllifi N.Novitski olan məqalədə N.İmanquliyevin neft sahəsindən mətbuata gəlişi, qəzet redaktoru kimi maraqlarından, böyük jurnalist təcrübəsindən, pedaqoji fəaliyyətindən ətraflı söz açılıb.
N.Novitski yazıb ki, sonuncu dəfə azərbaycanlı həmkarı ilə görüşəndə o, Bakı, Tbilisi və İrəvanın ümumi axşam qəzetlərinin buraxılması ideyasına həvəs göstərirdi.
“Onunla birgə Bakıdan Ermənistan paytaxtına uçduğumuz təyyarədə o, mənə qəzetinin iri “Biz —bakılılar” başlığını xətlə çəkib ayırdığı təzə nömrəsini uzatdı. Əlbəttə ki, redaktor bu dəfə Bratsk SES-də çalışan yerlilərini “geniş göstərir”. O, artıq İrəvanda isə bir neçə gündən sonra qardaş paytaxtda çalışan bakılılar haqqında qeydlərlə tam doldurulmuş bloknot göstərdi. Və mən o zaman bu insanın doğma şəhərə və yerlilərinə sevgisinin necə güclü olduğunu düşündüm. Bu — əsl bakılıdır!”.
Müəllif “Bakı” qəzeti haqqında düşüncələrini aşağıdakı sözlərlə ifadə edib:
“Bakı” tərcümədə “külək vuran”, “küləyə mail şəhər” deməkdir. Sizə şəhər qəzetlərinin səhifələrindən Xəzərin neft mədənlərindən, Azərbaycan paytaxtının geniş prospektləri, çoxsaylı yeni yaşayış rayonlarından sürətlə ötüb keçən sərin külək vurur. Neft sahəsində qəhrəmanlıqlar, zəhmətkeş Bakı vətənpərvərliyi, sözün əsl mənasında böyük şəhərdə yaşayan bütün millətlərə məxsus insanların dostluğu — qəzetlərin daimi mövzuları bunlardır”.
Aziz.ge