Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi hazırkı Milli Gənclər Sarayının binası vandalizmə məruz qalıb.
Aziz.ge xəbər verir ki, Rustaveli prospekti 6 ünvanında yerləşən tarixi tikilinin fasadında müxtəlif rəngli boyalarla sözlər yazılıb.
Vandalizm hərəkətləri Gürcüstan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyaları zamanı törədilib.
Yazıların silinməsi üçün müəyyən işlər görülüb. Onların bəzilərinin üzərilərinə xüsusi boya çəkilib. “Qrafiti”lərin tam təmizlənməsi üçün isə vaxt tələb olunur.
Xuliqanlıq törədənlərin müəyyən edilib-edilmədiyi məlum deyil.
Xatırladaq ki, Milli Gənclər Sarayının binası mədəni irs abidəsidir. Tikilidə 2020-ci ildən əsaslı təmir-bərpa işləri həyata keçirilir. 2023-cü ildə fasadının restavrasiyası başa çatdırılıb.
Həmçinin oxu:
AXC-nin elan edildiyi binanın fasadı zədələnib
Azərbaycanın müstəqilliyinin elan edildiyi bina – Tbilisinin mərkəzində ən görkəmli tikili