Dünya şöhrətli gürcü rejissoru, Şota Rustaveli adına Gürcüstan Milli Teatrının bədii rəhbəri Robert Sturua və teatrın direktoru Giorgi Tevzadze Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəvəti ilə Bakıya səfər ediblər.
Aziz.ge xəbər verir ki, bu barədə Azərbaycanın milli teatrından bildirilib.
Məlumata əsasən, qonaqlar martın 10-da Milli Teatr Günü münasibəti ilə Akademik Milli Dram Teatrında təşkil olunacaq təntənəli bayram tədbirində və “Bölgə teatrlarının Bakı premyeraları layihəsi”nin bağlanış mərasimində iştirak edəcəklər.
Eyni zamanda Robert Sturuanın teatrda ustad dərsi də təşkil olunacaq.
Xatırladaq ki, fevralın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb.