“Molla Nəsrəddin” — 119

Bu gün Azərbaycanın ilk satirik-yumoristik jurnalı olan “Molla Nəsrəddin”in birinci sayının işıq üzü görməsindən 119 il ötür.

Aziz.ge xatırladır ki, dərginin ilk sayı 1906-cı ilin aprelin 7-də Tiflisdə Vorontsov küçəsində yerləşən mətbəədə nəşr olunub.

Növbəti illərdə jurnal Tiflisin keçmiş Davıdov, indiki Besiki küçəsi 24 ünvanında yerləşən “Qeyrət” mətbəəsində çap olunub.

Nəşrin təsisçisi və redaktoru, Azərbaycanın böyük yazıçısı, dramaturq, publisist və ictimai xadimi Cəlil Məmmədquluzadə olub.

“… Gahdan bir məcmuədə arının yuvasına çöp uzadanda gürcü məhəlləsinin bir xəlvət yerində gizlənirdim va arıların hirsinin yatmağına müntəzir olurdum”.

Cəlil Məmmədquluzadə

Azərbaycandilli həftəlik jurnalın 340 nömrəlik Tbilisi dövrü 1906-1918-ci illəri əhatə edir. Dərgi 1921-ci ildə Təbrizdə, 1922–1931-ci illərdə Bakıda nəşr olunub.