Azərbaycan-Gürcüstan mədəni əməkdaşlığı müzakirə olunub

Bakıda Azərbaycan və Gürcüstan mədəniyyət nazirləri — Adil KərimliTinatin Ruxadze arasında görüş keçirilib.

Aziz.ge xəbər verir ki, bu barədə Gürcüstanın Mədəniyyət Nazirliyindən bildirilib.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub, xüsusi diqqət teatr, kino, balet, folklor, arxeologiya istiqamətlərinə yönəldilib.

Tərəflər, həmçinin birgə regional konsert layihələri, festivallar və yaradıcı sahələrdə gənclərin mübadilə proqramlarını da müzakirə ediblər.

Mədəniyyət nazirləri əməkdaşlığa hazırlıqlarını ifadə ediblər.