Gürcüstan Milli Kitabxanasında Azərbaycan əbəiyyatı guşəsi yaradılıb.
Aziz.ge xəbər verir ki, bu gün guşənin açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Gürcüstandakı səfirimiz Faiq Quliyev, Milli Kitabxananın direktoru Kərim Tahirov, Gürcüstan Milli Kitabxanasının baş direktoru Konstantine Qamsaxurdiya və ictimai xadimlər iştirak ediblər.
K.Qamsaxuriya çıxışında deyib ki, guşənin yaradılması Gürcüstanla Azərbaycan arasında ikitərəfli əmədakşlıqda yeni səhifə açır:
“Guşənin tələbələr, araşdırmaçılar və oxucular, həmçinin ədəbiyyatın xalqlar arasında körpü olduğuna inanan hər kəsi ilhamlandıracağına inanırıq. Gürcüstan Milli Kitabxanası Azərbaycan tərəfi ilə əlaqələri fəal inkişaf etdirməyə hazırdır. Biz birgə layihələr, kitab və arxiv materialların mübadisləsi, ədəbi axşamların, sərgilərin və konfransların təşkili, tərcümə layihələrinin həyata keçirilməsinə hazırıq. Kitabxanamız tərəfdaşlığa hazırdır və əmindir ki, birgə səylər sayəsində dayanıqlı mədəni əməkdaşlıq qurulacaq”.
K.Tahirov da öz növbəsində guşədə 200-dən artıq nəşrin təqdim olunduğunu bildirib. O, guşənin Gürcüstanın azərbaycanlı icmasının sevimli məkanına çevriləcəyinə ümidvarlığını ifadə edib, yeni nəşrlərlə təmin olunacağını vurğulayıb.
O.Fikrətoğlu da çıxış edərək deyib ki, Azərbaycan zəngin mədəniyyətini həm də kitabla tanıtmaqda maraqlıdır. Onun sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında mədəniyyət sahəsində müəyyən layihələrin həyata keçirilməsi üzərində iş aparılır və tərəflər sənəd imzalamağı planlaşdırırlar.
Qeyd edək ki, Azərbaycanın Milli Kitabxanasında Gürcüstan guşəsi 2019-cu ildə açılıb. İki ölkənin milli kitabxanaları arasında əməkdaşlıq haqqında mövcud memorandum ötən ilin oktyabrında yenilənib.

