Bu gün Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Süleyman Rüstəmin (1906-1989) vəfatından 35 il ötür.
Şair Azərbaycan və Gürcüstan arasında ədəbi əlaqələrin inkişafına töhfələr verib, gürcü xalqının ölməz “Pələng dərisi geymiş pəhləvan” poemasını Səməd Vurğun, Məmməd Rahim ilə birgə dilimizə tərcümə edib. S.Rüstəm əsər haqqında bu sözləri deyib:
Aziz.ge S.Rüstəmin anım günündə şairin Gürcüstana həsr etdiyi “Gürcüstana vurğunam” adlı şeirini təqdim edir.
Gürcüstana vurğunlardan biriyəm,
Sənan, Məcnun nədir mənim yanımda.
Dost elinə məftunlardan biriyəm,
Məhəbbəti dövr eləyir qanımda,
Gürcü qardaş! Mən də, sən də bilirik,
Mərd övladlar məskənidir yurdumuz.
Tufan qopsa sən də, mən də bilirik,
Sönən deyil ocağımız, odumuz.
Mən duz-çörək kəsdiyimiz dostları
Ürəyimin aynasında görürəm,
Mən qol-qola gəzdiyimiz dostları
Səadətlər dünyasında görürəm.
Öz canından torpağına can verən
Gürcülərin qüdrətinə heyranam,
Vəcdə gəlir gülzarını hər görən,
Avtandillər qeyrətinə heyranam.
Şənliklərdə beynəlmiləl nəğməmiz
Zirvələrin zirvəsində səslənir,
Həqiqətdən söz açan hər kəlməmiz
Bütün bu Yer kürəsində səslənir.
Qəsbkarlar sön deyirlər Günəşə,
Meylləri gecə-gündüz hərbədir,
Vəhdətimiz dünən, bu gün, həmişə
Qan, qan deyən cəlladlara zərbədir.
Bir-birinə oxşarımız az deyil,
Çox demisən könül, bunu da bir də: –
Bir anadan doğulublar elə bil
Qalaktion Tabidze də, Sabir də.
Bu dövranın şərəfinə deməkçin –
Sevgi dolu ürək vurur sinəmdə.
Eşqimizin baharında, a dostlar
Yaşayırıq alnıaçıq, üzü ağ.
Bu qardaşlıq yollarında, a dostlar,
Süleymanam, yaddır mənə yorulmaq!