“Gürcü” Mayakovski, Bakı və Qarabağ atı

Bakı haqqında ən yaxşı şeir yazan əcnəbi şairlərdən biri Vladimir Mayakovskidir (1893-1930). 1923-cü ildə qələmə aldğı şeirdə o, Bakını küləklər və neft şəhəri adlandırıb.

Баку.

Город ветра.

Песок плюет в глаза.

Баку.

Город пожаров.

Полыхание Балахан.

Bakı,

Küləklər şəhəri,

Qum rəqs edə-edə

Az qala

çıxara gözləri…

Bir insan

arzusuna çatan kimi,

Dərviş Tibetə,

Dindar Məkkəyə,

Xristian Qüdsə

Can atan kimi,

Sənə məhəbbətlə

can atıram Bakı!

Səni ürəyimdə

yaşadıram, Bakı!

(Tərcümə: Tofiq Mahmud)

Gürcüstanda doğulan, “gürcülər arasında özünü gürcü hiss edən” rus şair “Vladikavkaz -Tiflis” şeirinin ilk sətirlərində yazır: «Только нога ступила в Кавказ, я вспомнил, что я – грузин» – “Ayağımı Qafqaza basan kimi, xatırladım ki, gürcüyəm”. Maraqlıdır ki, elə həmin şeirdə Qarabağ atının tərifi də var. Mayakovski Qarabağ atını dəbdəbəli Rolls-Royce avtomobilindən daha üstün tutur:

На гору горы грузи!

Уже на мне никаких рубах.

Бродягой, – один архалух

Уже подо мной такой карабах,

что Ройльсу – и то б в похвалу.

Mayakovskinin Tbilisidəki heykəli