Tbilisinin Əhməd Cavad küçəsi

Tbilisidə Azərbaycanın istiqlal şairi Əhməd Cavadın adını daşıyan küçə şəhərin İsani rayonunda yerləşir.

Tbilisi Şəhər Şurası küçəyə şairin adını 2011-ci ildə verib. Həmin il Gürcüstan paytaxtının bəzi adsız küçələri Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasının tərcüməçilərinin adları ilə adlandırılıb.

Məlumdur ki, Ə.Cavad gürcü ədəbiyyatının ölməz abidəsi hesab olunan əsəri orijinaldan azərbaycancaya çevirib.

Küçəyə vurulmuş ad bildirən lövhələrdə Ə.Cavadın ingilis dilində yazılmış soyadında səhvə yol verilmişdi. Belə ki, şairin ingiliscə soyadı “Djavadan” kimi qeyd olunmuşdu. Gürcü dilində isə şairin ad və soyadı düzgün yazılmışdı.

Səhvlə bağlı Tbilisi Şəhər Şurasının Ad və simvolika üzrə Komissiyası 2020-ci ilə məlumatlandırılıb. Şairin 130 illiyinin qeyd olunduğu 2022-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi məsələ ilə bağlı adıçəkilən komissiyaya müraciət edib. Həmin ilin aprel ayında Əhməd Cavad küçəsindəki lövhələr yeniləri ilə əvəzlənib.