Gürcüstan muzeyinə Azərbaycan xalçası hədiyyə olunub

Azərbaycan Milli Xalça Muzeyi Gürcüstanın Bolnisi Muzeyinə xalça hədiyyə edib.

Aziz.ge xəbər verir ki, hədiyyəni Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova Gürcüstan Milli Muzeyinin direktoru Davit Lortkipanidzeyə təqdim edib.

Məlikova xalçanın 2019-cu ildə Qazaxın Salahlı kəndində toxunduğunu bildirib.

Lortkipanidze dəyərli hədiyyəyə görə təşəkkür edib. Onun sözlərinə görə, Azərbaycan xalçaçılıq sənətinin ən gözəl nümunələrindən biri olan xalça Bolnisi muzeyinin kolleksiyasına daxil ediləcək.