Bakıya qardaşsan, Tbilisi! – Nəbi Xəzrinin şeiri

Azərbaycanın Xalq şairi Nəbi Xəzri (1924-2007) Tbilisi adlı şeirində Kür çayının, Gürcüstan paytaxtının gözəlliyini və Bakı-Tbilisi qardaşlığını təsvir edib.

Bəstəkar Ələkbər Tağıyev (1924-1981) həmin şeirə musiqi bəstələyib, mahnını Azərbaycanın xalq artistləri – Flora KərimovaGülağa Məmmədov 1965-ci ildə duet şəklində ifa ediblər.

Sahilə çırpınır ləpələr,

Nə qədər dərindir gur çayın.

Günəşdə yuyunur təpələr,

Mənimdir, sənindir Kür çayı, Tbilisi!

***

Sevinir azadlıq ölkəsi,

Ucalır qardaşlıq nəğməsi.

Ellərə sirdaşsan, Tbilisi!

Bakıya qardaşsan, Tbilisi!

***

Sinəndə çay olub, axmışam,

Çağlayıb qəlbimdə diləklər.

Mən Sənan dağına qalxmışam,

Oxşayıb saçımı küləklər, Tbilisi!

***

Mən səni sevmişəm yaz çağı,

Qəlbimin baharı sevmişəm.

Mən sənə çiçəklər torpağı,

Nəğmələr diyarı demişəm, Tbilisi!