Maarifçi şair və yazıçımız Abdulla Şaiq doğulduğu Tiflisin Şeytan bazar məhəlləsini “Fanatizm” hekayəsində belə təsvir edir:
“Şeytan bazar Tiflisin ən gur yerlərindən biri idi. Onun bir-iki yerində çayxanalar yerləşirdi. Onlar səhərdən axşama qədər ziyarətçilərlə dolu idi – insanlar saatlarla çay stəkanı arxasında əyləşirdilər, dərvişlərin nağılları, aşıqların mahnılarına qulaq asırdılar, dərvişlərin ilanlarla hoqqabazlıqlarına tamaşa edirdilər.
Samovarların hisi və qəlyanların acı tüstüsü çayxananı qatı dumanla bürüyürdü. Belə çayxananın yaxınlığından hər dəfə keçəndə qeyri-ixtiyari kandarında dayanıb tütün tüstüsünə qərq olan dərvişləri, nağıl danışanları, sehrbazları və müştəriləri müşahidə edirdim”.
/“Literaturnaya Qruziya” jurnalından, 1973/