Azərbaycan milli mətbuatının yaranması və inkişafında mühüm xidmətləri olmuş görkəmli ziyalılardan biri Ömər Faiq Nemanzadənin (1872-1937) anadan olmasından 151 il ötüb. O, Azərbaycan xalqının milli dirçəlişi, azadlığı və xoşbəxtliyi uğrunda cəsarətlə mübarizə aparanlardan biri olub.
Ö.F. Nemanzadə böyük “mollanəsrəddin”çi kimi tanınır. “Molla Nəsrəddin” jurnalının Tiflisdə təsis edilməsində və nəşrində onun müstəsna rolu olub.
Dil və mətbuat fədaisi adlandırılan Ö.F.Nemanzadə “Eşq və məhəbbət” məqaləsində yazırdı:
“MİLLƏTİMİZİ SEVMƏK ÜÇÜN ƏN İRƏLİ DİLİMİZİ SEVMƏLİYİK. HƏM DƏ EŞQ VƏ MƏHƏBBƏTLƏ SEVMƏLİYİK Kİ, HEÇ BİR ŞEY ONA ƏNGƏL OLA BİLMƏSİN. MƏHƏBBƏTLƏRİMİZİN ƏN ÜST QATINA DİL MƏHƏBBƏTİNİ ÇIXARTMALIYIQ. DİL MƏHƏBBƏTİNİ MİLLƏT MƏHƏBBƏTİNİN BAŞLANĞICI BİLƏK. DİLİMİZƏ ƏN DƏRİN EŞQ VƏ MƏHƏBBƏTLƏ SARILAQ”.