Gəncə teatrında Nodar Dumbadzenin əsəri səhnəyə qoyulacaq

Gəncə Dövlət Milli Dram Teatrında cari ilin repertuar planına uyğun olaraq gürcü dramaturqu Nodar Dumbadzenin “Kukaraça” əsəri üzərində yaradıcılıq işlərinə başlanılıb.

Aziz.ge xəbər verir ki, bu barədə teatrdan məlumat verilib.

Tamaşanın quruluşçu rejissoru Gürcüstanın Ozurgeti Milli Dram Teatrının bədii rəhbəri və direktoru Vasili Cikokidze, quruluşçu rəssamı Lomqul Murusidzedir.

Bu layihə Gəncə Dövlət Milli Dram Teatrı ilə Ozurgeti Milli Dram Teatrı arasında imzalanmış əməkdaşlıq memorandumunun tərkib hissəsidir.

Layihənin bədii rəhbəri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı, kordinatoru Gəncə Dövlət Milli Dram Teatrının aktyoru Yusif Cəfərovdur.

Adıçəkilən tamaşada əməkdar artistlər Elxan Abbasov, İlham Hüseynov, Sevda Orucova, Novruz Cəfərov, Kəmalə Məmmədova, Ramiz Vəliyev, aktyorlar – Murad Meyfaliyev, Akif Səfərov, Mətləb Təhmazi, Zəminə Cəfərova, Şükufə Salmanova, Şəlalə Rüstəmova, Emil Salmanov, Elmir Məmmədov, Sevinc Hüseynova, Nailə Əhmədova, Zeynəb Abdullayeva, Həsən Cəfərov, Rauf Hüseynov, Elnur Abbasov və “İkinci nəfəs” teatr studiyasının şagirdləri İbrahim Əliyev, Amin Hüseynov iştirak edirlər.

Qeyd edək ki, “Kukaraça” əsərinin əsas qəhrəmanı “Kukaraça” ləqəbli mehriban və cəsarətli sahə müvəkkilidir. O, Tbilisidə uşaqlar arasında cinayətkarlığın qarşısını almaq üçün profilaktik tədbirlər aparır. Kukaraça İnqa adlı qıza vurulur. Lakin qızın keçmiş sevgilisi Kukaraçanı güllələyərək öldürür.