Gürcüstanın Əməkdar artisti Davit Uplisaşviliyə Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı verilib.
Aziz.ge xəbər verir ki, aktyora mükafatı ittifaqın sədri, Azərbaycanın Xalq artisti Hacı İsmayılov təqdim edib.
Medalla yanaşı D.Uplisaşviliyə çəkildiyi “Ad günü” filmindən (1977) məşhur səhnəni əks etdirən rəsm də hədiyyə olunub.

D.Uplisaşvili medalla təltif olunmasına görə təşəkkürünü bildirib, rəsmin isə onun üçün gözlənilməz olduğunu deyib.
Qeyd edək ki, rejissoru Rasim Ocaqov olan həmin filmdə H.İsmayılov Mustafa, D.Uplisaşvili isə Əli rolunda çəkilib.
2013-cü ildə təsis edilmiş “Sənətkar” medalı ilə teatr sahəsində böyük xidmətləri olan sənət adamları təltif olunurlar.


