Gürcüstanda qorunan Azərbaycan kamançası

Gürcüstanın Xalq musiqisi və Musiqi alətləri Dövlət Muzeyi zəngin ekspozisiyaya malikdir. Muzeydə Azərbaycanın milli musiqi alətləri —  tar, saz, kamança da qorunub saxlanılır.

Kamançalardan biri nəfis naxışları ilə göz oxşayır. Muzeyin kataloqunda həmin kamança haqqındakı məlumata əsasən, alət XX əsrin əvvəlində Azərbaycanda hazırlanıb. Ağac, dəri, sədəf və metal materiallarından hazırlanmış kamançanın müəllifi naməlumdur. Vəziyyəti qənaətbəxşdir, səthində hər hansı bir əzik yoxdur.

Aziz.ge muzeydə qorunan digər kamançalar barədə də məlumatlar əldə edəcək.

İlk olaraq həmin alətlərin fotolarını təqdim edirik. Onların da Azərbaycana məxsus olduğunu söyləmək olar.