“Molla Nəsrəddin”in nəşrə başlamasından 120 il ötür

Bu gün Azərbaycanın ilk satirik-yumoristik jurnalı olan “Molla Nəsrəddin”in birinci sayının işıq üzü görməsindən 120 il ötür.

Aziz.ge xatırladır ki, dərginin ilk sayı 1906-cı ilin aprelin 7-də Tiflisdə Vorontsov küçəsində yerləşən mətbəədə nəşr olunub.

Növbəti illərdə jurnal Tiflisin keçmiş Davıdov, indiki Besiki küçəsi 24 ünvanında yerləşən “Qeyrət” mətbəəsində çap olunub.

Nəşrin təsisçisi və redaktoru, Azərbaycanın böyük yazıçısı, dramaturq, publisist və ictimai xadimi Cəlil Məmmədquluzadə olub.

O deyirdi:

“… Gahdan bir məcmuədə arının yuvasına çöp uzadanda gürcü məhəlləsinin bir xəlvət yerində gizlənirdim va arıların hirsinin yatmağına müntəzir olurdum”.

Azərbaycandilli həftəlik jurnalın 340 nömrəlik Tbilisi dövrü 1906-1918-ci illəri əhatə edir. Dərgi 1921-ci ildə Təbrizdə, 1922–1931-ci illərdə Bakıda nəşr olunub.

Təəssüflər olsun ki, Mirzə Cəlilin Tbilisinin Besiki küçəsi 24 ünvanında yerləşən, 1997-ci ilin oktyabrında açılan ev-muzeyi illərdir fəaliyyət göstərmir. İki il öncə muzeyin yerləşdiyi qəzalı binanın fundamentində bərkidilmə işləri həyata keçirilsə də, mədəniyyət ocağında təmir-bərpa işlərinə hələ də başlanılmayıb.

Həmçinin oxu: