Tbilisidə qardaş şəhərlər bağında Bakı lövhəsi – Fotolar

Tbilisinin Krtsanisi rayonunun eyniadlı küçəsində Gürcüstan paytaxtının qardaşlaşdığı şəhərlərə həsr olunan bağ 2018-ci ildə açılıb.

Bağın iki nöqtəsində quraşdırılmış dirəklərdə qardaş şəhərlərin, aid olduğu ölkələrin gürcü və ingiliscə adları, Tbilisidən həmin şəhərlərə qədər olan məsafənin əks olunduğu istiqamət göstəricisi lövhələri yerləşir.   

Skverdə Bakı lövhəsi 2022-ci ilin avqustunda quraşdırılıb. Elə həmin dövrdə park abadlaşdırılıb. Lövhənin üzərində gürcü və ingilis dillərində “Bakı Azərbaycan” sözləri və Tbilisidən Bakıya qədər olan məsafə – 446 km sözləri yer alıb.

Xatırladaq ki, Bakı və Tbilisi arasında qardaşlaşma haqqında memorandum 2021-ci ilin iyul ayında imzalanıb. Bakı Gürcüstan paytaxtının 21-ci qardaş şəhəri olub.   

Aziz.ge