Nizami Gəncəvi küçəsi – Tbilisinin kiçik döngəsi

Tbilisinin Krtsanisi rayonunun qədim Xarpux məhəlləsində küçələrdən biri dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyır.

İrakli Abaşidzenin “Tbilisi – Küçələr, prospektlər, meydanlar” adlı ensiklopediyasından (2008) məlum olur ki, küçə XIX əsrdə yaranıb və XX əsrin 30-cu illərində Nizami Gəncəvi döngəsi kimi tanınıb.

Küçənin ad bildirən yeni lövhələri 2021-ci ildə quraşdırılıb. Kiçik döngədə 7 lövhə var. Küçədə bir və iki mərtəbəli köhnə yaşayış evləri yerləşir, bəzilərinin xarabalıqları qalıb.

Qeyd edək ki, Tbilisi ilə yanaşı Gürcüstanın Kutaisi şəhəri, Marneuli və Qardabani rayonlarında da N.Gəncəvinin adını daşıyan küçələr var.  

Həmçinin oxu: