Bir görməklə sevdim səni — Süleyman Rüstəmin “Tiflis” şeiri

Aziz.ge Azərbaycanın Xalq şairi Süleyman Rüstəmin (1906-1989) Gürcüstan mövzusunda yazdığı növbəti şeirini təqdim edir.

“Tiflis” adlı şeirdə şair Gürcüstan paytaxtının gözəlliyini vəsf edib, şəhərə ilk baxışdan vurğunluğundan söz açıb.

Yaraşmayır camalına

Xəzan, Tiflis, xəzan Tiflis!

Sirdaşındır gözəl bahar,

İnan Tiflis, inan Tiflis!

***

Bir görməklə sevdim səni,

Özüm cavan, sazım yeni.

Şair etdi dövran məni —

Eyləməzdim güman, Tiflis!

***

Torpağına basdıq ayaq,

Güldü könül, güldü dodaq.

Qoynun meşə, ətrafın dağ

Yox başında duman, Tiflis!

***

Açdın mənə ürəyini,

Gördüm sonsuz diləyini.

Sənin bu duz-çörəyini

Unutmaram bir an, Tiflis!

Həmçinin oxu: