XIX əsr Azərbaycan poeziyasının böyük nümayəndəsi Seyid Əzim Şirvani (1853-1888) şeirin bütün janrlarında əsərlər yazmışdır. Onun rubailəri arasında Gürcüstana, Tiflisə həsr olunanları da var. Şairin Gücüstanda olduğu və həmin rübailəri bu ölkənin ab-havasından ruhlanaraq qələmə aldğı bildirilir.
Aziz.ge S.Ə. Şirvaninin həmin rübailərini təqdim edir.
Tiflisdə bir sərvqədü siməndam,
Mehmanım olub bir gecə içdi neçə cam,
Sordum ləbini güldü, dedi: ey Seyyid,
Şər ilə məgər degil sizə badə həram?
***
Cənnət kimidir havası Gürcüstanın,
Var Kəbə kimi səfası Gürcüstanın:
Göyçəkləri xoşkəlam, aşiqlərə ram,
Vacibdi bizə duası Gürcüstanın.
***
Şəhri-Qutais mədəni-hurü pəridir.
Hər bir gözəli yer üzünün zivəridir.
Tək cibdə pulun, mənzilin olsun xali,
Üşşaqə olar özləri çox müştəridir.