Tbilisidəki Azərbaycan teatrının afişaları – Gürcüstan arxivindən

Gürcüstan arxivlərində saxlanılan Tbilisidəki Azərbaycan teatrının afişalarının əksəriyyəti 1939-1940-cı illəri əhatə edir.

Tbilisidəki Azərbaycan teatrı böyük ədibimiz Mirzə Fətəli Axundovun adını 1922-ci ildən 1947-ci ilədək daşıyıb.

Plakatlarda vaxtilə teatrda çalışmış gürcü və ermənilərin soyadlarına da rast gəlinir. Quruluşçu baş rejissoru Gürcüstanın Xalq artisti İbrahim İsfahanlı olan səhnə əsərlərinin rəssamı İ.Yakaşvili, dirijor-bəstəkarı N.Mkrtıçyan, paltarların eskiz rəssamı Z.Araratyan olub.

1939-1940-cı illər teatrın çox məhsuldar mövsümlərindən biri olub, əksər tamaşalar gündə iki dəfə nümayiş etdirilib. Repertuarı əsasən Azərbaycan dramaturgiyasının nümunələrindən ibarət olan teatrda hətta 5 pərdəli, 10 şəkilli “Koroğlu” adlı tarixi drama da səhnələşdirilib. Ən çox 4 pərdəli “Arşın mal alan” musiqili komediyası göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir