Gürcüstan və Azərbaycan arasında coğrafi göstəricilərin qarşılıqlı tanınması və mühafizəsi haqqında saziş imzalanacaq.
Aziz.ge xəbər verir ki, bununla bağlı Gürcüstanın baş naziri İrakli Kobaxidze qərar imzalayıb.
Qərara əsasən, sənədin mətninin razılaşdırılması üçün tərəflər arasında nota mübadiləsi yolu ilə danışıqlar aparılacaq.
Qeyd edək ki, coğrafi göstərici məhsulun dövlət, bölgə, ərazi, yaxud müəyyən ərazidəki yer ilə (coğrafi obyektlə) bağlılığını müəyyənləşdirən işarədir. Azərbaycana məxsus coğrafi göstəricilərə “Sirab”, “Badamlı” suları, “Meysəri”, “Ağdam” şərabları, Şəki halvası, mətbəx nümunələri, xalçalar, kəlağayılar və s. daxildir.
Mənbə: Teleqraf