Gürcüstanın nüfuzlu radio kanallarında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əsərlərinin səsləndirilməsinə başlanılıb.
Aziz.ge xəbər verir ki, görkəmli musiqiçinin 140 illiyinə həsr olunan layihə Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.
Görkəmli bəstəkarın yaratdığı ölməz əsərlər “İmedi” və “Birinci kanalın” radio dalğalarında bir həftə ərzində – sentyabrın 25-dək dinləyicilərə təqdim olunacaq.
“Birinci kanal”ın radiosunda həmçinin Ü.Hacıbəylinin zəngin irsi, milli musiqimizin yaradılması və inkişafındakı misilsiz xidmətləri mövzusunda proqram da efirə verilib.
Mənbə: Teleqraf


