Azərbaycan Milli Xalça Muzeyi və Gürcüstan Milli Muzeyi arasında anlaşma memorandumu imzalanıb.
Aziz.ge xəbər verir ki, imzalanma mərasimi Bolnisi Muzeyində baş tutub.
Sənədi Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və Gürcüstan Milli Muzeyinin direktoru Davit Lortkipanidze imzalayıblar.
Lortkipanidze bildirib ki, memorandumun imzalanması ilə bağlı danışıqlar xeyli müddət aparılıb. O qeyd edib ki, muzeylər birgə layihələr, tədbirlər və sərgilər təşkil etməyi planlaşdırır.




