Sən ey Azərbaycan qızı,
Qavalını al, gözəl.
Gəl, yenə sevindir bizi,
Oyna, gözəl, çal, gözəl.
Baharda bayram olsun,
Bazarda bayram olsun!
Gümüş kimi boyunbağın
Yaxanda düzüm-düzüm.
Səndəki bu gözəlliyə
Heyran oldum mən özüm.
Bürünübsən al-qumaşa,
Mehriban gözlərin var.
Boy-buxunun bir tamaşa,
Durnaya bənzərin var.
Göstər gənclik hünərini,
Hər könüldə bir külək.
Sənin bu xoş bayramında
Bir sevinək, bir gülək.
/Tərcümə edən: Əflatun Saraçlı/